Ukrayna MN: Soledarda ağır döyüşlər davam edir

Ukrayna MN: Soledarda ağır döyüşlər davam edir
# 11 yanvar 2023 01:41 (UTC +04:00)

Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində ağır döyüşlər davam edir, Rusiya qoşunları ağır itkilərə baxmayaraq hücuma davam edir.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Telegram kanalında bildirib.

“Soledarı saxlamaq üçün ağır döyüşlər gedir. Düşmən şəxsi heyətinin ağır itkilərini nəzərə almır və fəal şəkildə hücuma davam edir”, - deyə Malyar bildirib.

Onun sözlərinə görə, ukraynalı döyüşçülər “cəsarətlə müdafiəni saxlayırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR