Ukrayna MN: Soledarda vəziyyət çox ağırdır

Ukrayna MN: Soledarda vəziyyət çox ağırdır
# 08 yanvar 2023 17:14 (UTC +04:00)

Ukrayna Müdafiə Nazirliyi Rusiya Ordusunun və özəl hərbi birləşmələrin hücum etdiyi Soledar şəhərində hazırda vəziyyətin çox ağır olduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram”-da paylaşımında bildirib ki, ölkənin şərqində vəziyyət mürəkkəbdir.

Anna Malyar qeyd edib ki, Donetsk vilayətinin bəzi ərazilərində Ukrayna Ordusu addım-addım irəliləyir, bəzi ərazilərində isə Rusiya Ordusu, o cümlədən özəl hərbi birləşmələr hücum edir: “Hazırda Soledarda vəziyyət çox ağırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR