Ukrayna Müdafiə qüvvələrinin qərargah rəisi: “ Bölmələrimiz Qərb silahları ilə silahlandırılır”

Ukrayna Müdafiə qüvvələrinin qərargah rəisi: “ Bölmələrimiz Qərb silahları ilə silahlandırılır”
# 17 may 2022 22:19 (UTC +04:00)

Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin döyüşçülərinin sayı təxminən 110 min nəfər təşkil edir.

APA-nın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə məlumatı Ukrayna ərazi müdafiə qüvvələrinin baş qərargah rəisi Sergey Sobko bildirib. O, qeyd edib ki, müdafiə qüvvələri artıq yerli istehsal olan, eləcə də Ukraynanın Qərb tərəfdaşlarının tədarük etdiyi silahların qəbuluna başlayıblar. Əlavə edib ki, bu silahlara pulemyotlar, tank əleyhinə sistemlər, minaatanlar, zenit-raket sistemləri (manpad) və.s. daxildir.

Sergey Sobko bildirib edib ki, təkcə bu gün - mayın 17-də 700 könüllü ərazi müdafiə qüvvələrinə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR