Ukrayna prezidenti NATO sammitində iştirak edəcək

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 09 iyun 2022 23:33 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski 29-30 iyun tarixlərində NATO-nun Madriddə keçiriləcək sammitində iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun Baş katibinin müavini Mirça Coane “Politico” nəşrinə bildirib.

Coane bildirib ki, Zelenski tədbirdə bu və ya digər formada iştirak edəcək. Sammitdə bir çox məsələ, o cümlədən Ukrayna ilə bağlı vəziyyət müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR