Ukrayna qüvvələri Xerson istiqamətində 500 kvadrat kilometr ərazini azad edib

Ukrayna qüvvələri Xerson istiqamətində 500 kvadrat kilometr ərazini azad edib
# 12 sentyabr 2022 15:29 (UTC +04:00)

Ukrayna Ordusu Xerson vilayətində 5 yaşayış məntəqəsini Rusiya qüvvələrindən geri alıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Cənub" hərbi komandanlığının sözçüsü Natalia Humeniuk deyib.

Onun sözlərinə görə, ümumilikdə, Ukrayna qüvvələri son iki həftə ərzində ölkənin cənubunda təxminən 500 kvadrat kilometr ərazini geri alıb.

“Müxtəlif hissələrdə dörd və bir neçə on kilometr (arasında) irəliləmişik. Biz ümumi sahəsi 500 kvadrat kilometrə yaxın olan ərazi azad etmişik", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR