Ukrayna səfiri: “Taxıl ixracı üçün effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyac var”

Vasil Bodnar

© APA | Vasil Bodnar

# 08 iyun 2022 00:35 (UTC +04:00)

Ukrayna Türkiyənin taxıl ixracatı üçün yaradılması nəzərdə tutulan dəniz koridoru istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu “CNN Türk” kanalına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.

O qeyd edib ki, Ukrayna, Türkiyə və Rusiya arasında bu məsələ ilə bağlı hələlik razılıq əldə olunmayıb.

“Ukraynanın kənd təsərrüfatı məhsulları ilə bağlı qərarlar bütün maraqlı tərəflərin iştirakı ilə qəbul edilməlidir. Ukraynanın maraqlarını nəzərə almayan razılaşmalar tərəfimizdən rədd ediləcək. Həmçinin, son günlər Rusiya Federasiyasının Nikolayevdəki taxıl anbarına həyata keçirdiyi raket hücumunu nəzərə alsaq, Rusiyanın bu dəhlizdən yararlanmaq və ondan Odessaya və onun cənubuna hücum etmək fürsəti kimi istifadə etmək ehtimalını nəzərdən qaçıra bilmərik”,- deyə o qeyd edib.

Səfirin sözlərinə görə, buna görə dəniz nəqliyyatının bərpası üçün effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyac var: “Bu cür təminatlar Ukraynanın sahillərini dənizdən gələn təhdidlərdən qorumaq üçün ölkəmizə müvafiq silahların tədarükü və Qara dəniz akvatoriyasının müvafiq hissəsinin qorunmasında üçüncü ölkələrin hərbi-dəniz qüvvələrinin iştirakı ilə təmin edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR