Ukrayna SQ: Baxmutun müdafiəsinin məqsədi Rusiya qoşunlarını zəiflətməkdir - VİDEO

Aleksandr Sırski

© APA | Aleksandr Sırski

# 28 mart 2023 14:53 (UTC +04:00)

Baxmut şəhərinin müdafiəsinin məqsədi Rusiya qoşunlarını zəiflətmək və darmadağın etməkdir.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski “Telegram”da yazıb.

Bildirilib ki, artıq aylardır ki, Baxmutu müdafiə edən ukraynalı hərbçilərlə görüşü zamanı Sırski onlara müraciət edib:

“Bu gün bizim əsas vəzifəmiz sayca üstün olan düşmən qüvvələrini darmadağın etmək və onları ağır itkiyə məruz qoymaqdır. Bu da, Ukrayna torpaqlarının azad edilməsinə öz töhfəsini verəcək və qələbəmizin sürətləndirilməsi üçün lazımi şərait yaradacaq”, - deyə general bildirib.

O həmçinin qeyd edib ki, Rusiya üçün Baxmutun ələ keçirilməsi Donbas üzərində tam nəzarətin yaradılması planının bir hissəsidir:

“Rusiya ordusu qüvvələri Baxmut istiqamətində qüvvələri cəmləşdirməyə davam edir və şəhəri ələ keçirmək cəhdlərindən əl çəkmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR