Ukrayna SQ generalı Viktor Xorenko Baxmut şəhərinə gedib

Viktor Xorenko

© APA | Viktor Xorenko

# 04 mart 2023 15:59 (UTC +04:00)

Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, briqada generalı Viktor Xorenko Baxmut şəhərinə səfər edib.

APA xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilib.

Xorenko qeyd edib ki, Baxmutun müdafiəsində iştirak edən Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bütün bölmələri verilən tapşırıqları dəqiqliklə yerinə yetirirlər: “Hərbçilər olduqca çətin şəraitdə döyüşür və düşmən ordusunun şəxsi heyətinin sayını hər gün azaltmağa çalışırlar".

Komandir onu da qeyd edib ki, Baxmutun müdafiəsinin təşkilində Xüsusi Əməliyyat Qüvvələrinin strukturuna daxil olan bütün bölmələr arasında əlaqə saxlanılması son dərəcə vacibdir: “Hərbçilərin istəkləri vaxtında qarşılansa döyüş meydanında əldə olunan nəticələr maksimum effektiv olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR