Ukrayna SQ: Rusiya 1000-dən çox tank itirib

Ukrayna SQ: Rusiya 1000-dən çox tank itirib
# 30 aprel 2022 11:26 (UTC +04:00)

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 008 tankı, 2 445 zirehli döyüş maşını, 436 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 77 havadan müdafiə sistemi, 190 hərbi təyyarəsi, 155 helikopteri, 1 701 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 232 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 32 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 23 200 canlı qüvvəsini itirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR