Ukrayna Təhlükəsizlik Şurası: Müharibə mayda başa çatmayacaq

Ukrayna Təhlükəsizlik Şurası:  Müharibə mayda başa çatmayacaq
# 04 may 2022 21:23 (UTC +04:00)

Rusiya ilə müharibə mayda başa çatmayacaq və uzanacaq.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

Danilov bildirib ki, müharibənin müddəti ilə bağlı optimist deyil və onun uzanacağını düşünür: “Əgər müharibənin “qaynar fazasından” söhbət edieriksə, bunun mayda başa çatacağı barədə optimist fikirdə deyiləm. Bu, davamedici müharibə olacaq və təəssüf ki, bizim ərazimizdə davam edəcək”.

Danilovun fikrincə, müharibənin davamlılığı Ukrayna ordusundan və xarici yardımlardan asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR