Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb - FOTO

Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb - FOTO
# 03 mart 2023 12:09 (UTC +04:00)

Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.

"Bu həftə Ukraynanın "Antonov AN-124" təyyarəsi son zəlzələlərdən zərər çəkmiş ailələrə kömək etmək üçün İncirlik Hava Bazasına 101 ton humanitar yardım çatdırıb. Bu yardım Fransa silahlı qüvvələri tərəfindən koordinasiya edilib, Ukrayna təyyarələri ilə çatdırılıb, Türkiyə və ABŞ hərbçiləri tərəfindən boşaldılıb. Çətin anlarda biz müttəfiq olaraq bir araya gəlirik", - Kuleba bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR