Ukrayna XİN başçısı: “Rusiyanın təhdidləri “qırmızı xətt”i keçməyib”

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 28 dekabr 2021 11:42 (UTC +04:00)

“Bu il Rusiyanın Ukraynaya qarşı təhdidi xeyli yüksəlib”.

APA-nın xəbərinə görə bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “RBK-Ukrayna” agentliyinə müsahibəsində deyib.

Nazirin fikrincə, təhdidlərə baxmayaraq Rusiya "qırmızı xətt"i keçməyib.

“2020-ci ildə təhlükəsizliklə bağlı vəziyyət daha stabil, Rusiya tərəfindən mövcud təhlükə daha az idi. Amma son ayda təhdidlər xeyli artıb, amma hələ “qırmızı xətt”i keçməyib”,- deyə nazir qeyd edib.

Onun fikrincə, gərginliyin diplomatik yolla həlli mövcuddur və tərəfdaş ölkələrlə birlikdə bu istiqamətdə iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR