Ukraynada Avdiyevka zavodu atəşə tutulub, 10 nəfər ölüb

Ukraynada Avdiyevka zavodu atəşə tutulub, 10 nəfər ölüb
# 03 may 2022 23:17 (UTC +04:00)

Rus qoşunları Avdiyevka koks zavodunu atəşə tutub.

APA xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko “Facebook” səhifəsində məlumat verib.

Məlumata görə, azı 10 nəfər həlak olub.

Hərbi Administrasiyasının sədrinin paylaşımına görə ölənlərinsayı arta bilər.

Pavel Kirilenkonun sözlərinə görə,hadisə işçilər növbələrini təzəcə başa vurduqları zaman baş verib.

Zərbələr zamanı onlar dayanacaqda zavoddan evlərinə aparmalı olan avtobus gözləyirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR