Ukraynada keçmiş nazir müavini 27 milyon dollar mənimsəmədə ittiham olunur

Ukraynada keçmiş nazir müavini 27 milyon dollar mənimsəmədə ittiham olunur
# 01 fevral 2023 14:37 (UTC +04:00)

Ukraynada müdafiə nazirinin sabiq müavini Vyaçeslav Şapovalov və daha 2 məmura müdafiə sahəsində korrupsiya faktına görə cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Ukraynada müdafiə nazirinin sabiq müavini ilə yanaşı, Nazirliyin dövlət satınalmaları departamentinin direktoru Boqdan Hmelnitski və “Promoboroneksport” dövlət müəssisəsi sədrinin keçmiş müavini Vladimir Tereşenkoya ittiham irəli sürülüb.

Onlar Ukrayna ordusunun fərqi müdafiə vasitələri, o cümlədən zirehli jiletlərlə təminat olunması zamanı yeyintilərə yol verməkdə ittiham olunurlar.

Müdafiə Nazirliyinin rəsmiləri ümumilikdə 27 milyon dollar yeyintidə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR