Ukraynada Kiyev-Peçersk Lavrasında axtarışlar aparılıb

Ukraynada Kiyev-Peçersk Lavrasında axtarışlar aparılıb
# 22 noyabr 2022 12:08 (UTC +04:00)

Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk Lavrasında axtarışlar aparır.

APA “Unian“a istinadən xəbər verir ki, monastır ərazisindəki əks-kəşfiyyat əməliyyatının polis və milli qvardiya ilə birlikdə aparıldığı bildirilib.

Məlumata görə, axtarışlar monastır ərazisindən Rusiya xüsusi xidmət orqanlarının istifadəsinin qarşısını almaq, Ukrayna əhalisinə qarşı terrorçu fəaliyyətlərə və təxribatlara mane olmaq məqsədilə aparılır. Bildirilib ki, məqsəd, eyni zamanda, Lavranın “rus dünyası” tərəfindən istifadəsinin qarşısını almaq, burada Ukraynanın suverenliyi əleyhinə qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərin olub-olmamasını müəyyənləşdirməkdir.

Qeyd olunub ki, hüquq mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, kilsə nümayəndələri ilə birlikdə ərazidə dövriyyəsi qadağan edilmiş müxtəlif vasitələrin olmasına dair məlumatları yoxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR