Ukraynada məktəb yaxınlığında atışma baş verib, bir polis ölüb

Ukraynada məktəb yaxınlığında atışma baş verib, bir polis ölüb
# 03 oktyabr 2022 22:54 (UTC +04:00)

Ukraynanın Çernivts şəhərində naməlum şəxs məktəb yaxınlığında atəş açıb.

APA REN TV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 yaşlı polis əməkdaşı öldürülüb.

Bildirilib ki, xeyli sayda yaralılar var.

Hazırda Vorobkeviç küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

İlkin versiyaya görə, hücum edən şəxs avtomatdan atəş açıb.

O, hadisəni törədəndən sonra ərazidən qaçıb.

Onun məktəb binasında gizləndiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR