Ukraynada su basan ərazilərdən təxliyə olunmaq istəməyən 53 yaşlı kişi ölüb

Ukraynada su basan ərazilərdən təxliyə olunmaq istəməyən 53 yaşlı kişi ölüb
# 08 iyun 2023 18:29 (UTC +04:00)

Ukraynanın Nikolayev rayonunda təxliyə edilməkdən imtina edən 53 yaşlı kişi daşqın nəticəsində həlak olub.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə yerli polis Telegram vasitəsilə məlumat yayıb.

“İşğalçıların Kaxovka SES-i partlatması nəticəsində Nikolayev rayonunun Sniqurivka, Şiroke və Qoroxivske məntəqələri daşqın sularına məruz qalıb. Bu vaxtadək bizim 1 qurbanımız var – Vasilivka kəndinin dünən təxliyə edilməkdən imtina edən 53 yaşlı sakini”, - deyə regional polis rəisi Sergi Şaixet bildirib.

Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiyanın Xersonda təxliyə məkanlarını top atəşinə tutması, nəticədə bir qadın, bir polis və bir xilasedicinin yaralanması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR