Ukraynanın diplomatik nümayəndəliklərinə 31 dəfə şübhəli bağlama göndərilib

Dmitro Kuleba

© APA | Dmitro Kuleba

# 07 dekabr 2022 16:12 (UTC +04:00)

Son günlərdə Ukraynanın 15 ölkədəki diplomatik nümayəndəliyinə 31 dəfə şübhəli bağlama göndərilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Facebook" hesabındakı paylaşımında qeyd edib.

“Diplomatlarımıza qarşı təhdid davam edir. Son 2 gün ərzində İtaliya, Polşa, Portuqaliya, Rumıniya və Danimarkadakı səfirliyimizə, həmçinin Qdanskdakı konsulluğumuza şübhəli bağlamalar göndərilib. Ümumilikdə, 15 ölkədə 31 belə hal baş verib”, - XİN başçısı qeyd edib.

O, şübhəli bağlamaların eyni zamanda, Avstriya, Vatikan, Macarıstan, İspaniya, Qazaxıstan, Niderland, ABŞ, Fransa, Xorvatiya və Çexiyadakı Ukrayna diplomatik nümayəndəliklərinə göndərdiyi bildirilib.

Kuleba bütün bağlamaların üzərində göndərən tərəf kimi eyni ünvanın - Almaniyanın Sindelfigen şəhərindəki Tesla dilerliyinin qeyd edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR