Ukraynanın dövlət qurumlarının saytlarına kiber hücum olub

Ukraynanın dövlət qurumlarının saytlarına kiber hücum olub
# 14 yanvar 2022 11:53 (UTC +04:00)

Ukraynanın dövlət qurumlarının saytlarına kiber hücum olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Olek Nikolenko "Twitter" hesabında məlumat verib.

"Kütləvi kiber hücumlar nəticəsində Xarici İşlər Nazirliyinin və bir sıra digər dövlət qurumlarının internet saytları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Mütəxəssislərimiz artıq İT sistemlərinin işini bərpa etməyə başlayıb", - Ukrayna XİN sözçüsü bildirib.

O qeyd edib ki, bu hücumla bağlı artıq araşdırma başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR