UNESCO-nun Kazanda keçiriləcək sessiyasının yeri dəyişdiriləcək

UNESCO-nun Kazanda keçiriləcək sessiyasının yeri dəyişdiriləcək
# 24 noyabr 2022 05:27 (UTC +04:00)

Rusiyanın UNESCO-dakı nümayəndəsi Aleksandr Kuznetsov fəaliyyətini dayandırdığını bəyan edib.

APA-nın “Le Monde” nəşrinə istinadla xəbərinə görə, diplomat bu barədə təşkilat üzvlərini məlumatlandırıb: “Bu məktubda göstərdiyim tarixdən etibarən mən UNESCO-nun Dünya Mirasları Komitəsinin 45-ci sessiyasına rəhbərlik edə bilməyəcəm”.

Qeyd edək ki, Ukrayna münaqişəsi başlayandan sonra üzv ölkələr UNESCO-nun növbəti sessiyasının Rusiyanın Kazan şəhərində keçirilməsinə etiraz edirdilər. Lakin Komitəyə Rusiya rəhbərlik etdiyi üçün tədbirin yerini dəyişdirmək mümkün deyildi. Komitə üzvləri yeni yer təyin etmək üçün gələn həftə təcili iclas keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR