Ursula von der Leyen: Ukraynaya davamlı dəstəyimizdən əl çəkməyəcəyik

Olena Zelenska, Ursula von der Leyen

© APA | Olena Zelenska, Ursula von der Leyen

# 17 yanvar 2023 15:50 (UTC +04:00)

"Avropanın müharibəyə reaksiyası İttifaqımızın ən vacib məqamda necə birləşdiyinin ən son nümunəsidir".

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Avropa Komissiyasının Prezidenti Rusiyanın Ukraynaya qarı apardığı müharibə fonunda Ukrayna xalqını “mənəvi və fiziki cəsarət”inə görə təqdir edib.
Foruma qatılan Ukraynanın birinci xanımı Olena Zeleniskaya müraciətlə: "Son bir ildə ölkəniz dünyanı hərəkətə gətirdi və bütün Avropanı ruhlandırdı. Mən sizi əmin edə bilərəm ki, Avropa həmişə sizinlə olacaq", - deyə bildirib.

O deyib ki, Aİ Ukraynaya dəstək verməyə davam edəcək: "Elektrik, istilik və suyun bərpasına yardımdan tutmuş, uzunmüddətli yenidənqurma səylərinə hazırlaşmağa qədər Ukraynaya davamlı dəstəyimizdən geri çəkilməyəcəyik. Biz bu prosesin içindəyik - nə qədər lazımdırsa ukraynalı dostlarımızın yanındayıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR