ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçirib

ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçirib
# 22 iyul 2022 02:04 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyinə yoluxmaların artmasından narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, qurumun Fövqəladə hallar komitəsinin iclasında Qebreyesus mütəxəssislərin məsələ ilə bağlı rəylərini soruşub.

“Xəstəliyin yayılmasının yaxın və uzaq müddətdə ictimai səhiyyəyə təsirini qiymətləndirmək üçün sizin tövsiyələrinizə ehtiyacım var” – deyə Qebreyesus qeyd edib.

Komitənin iclası 6 saatdan çox davam etsə də, qəbul edilmiş qərarlar ictimaiyyətə açıqlanmayıb.

Son statistikaya görə, dünyanın 71 ölkəsində 15 300 nəfər meymunçiçəyinə yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR