ÜST Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

ÜST Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
# 10 may 2022 11:19 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsi Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək.

APA ÜST-ün saytına istinadən xəbər verir ki, bu xüsusi sessiya təşkilata üzv 43 ölkənin tələbi ilə çağrılıb.

Mayın 10-11-də keçiriləcək xüsusi sessiyada Ukraynada səhiyyənin vəziyyəti, davam edən müharibənin nəticələrinin regionda və qlobal səviyyədə sağlamlıq və səhiyyə məsələlərinə təsiri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR