AEBA: “İranın 20%-dək zənginləşdirilmiş uran ehtiyatı 233 kiloqrama çatıb”

AEBA: “İranın 20%-dək zənginləşdirilmiş uran ehtiyatı 233 kiloqrama çatıb”
# 17 noyabr 2012 00:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın 20%-dək zənginləşdirilmiş uran ehtiyatı son üç ildə 233 kiloqrama çatıb. APA-nın məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı yaydığı rüblük hesabatında bildirilib. Sənəddə qeyd edilib ki, İran 2012-ci ilin avqust ayından indiyədək 20%-dək zənginləşdirilmiş 43 kq uran əldə edib: “İran Qum şəhəri yaxınlığındakı “Fordo” yeraltı nüvə obyektində uranın zənginləşdirilməsi üçün istifadə edilən sentrifuqaların sayını 2800-ə çatdırıb. Lakin hələlik yalnız 4 aqreqat işlək vəziyyətdədir. Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının və AEBA-nın çıxardığı qətnamələrə əməl etməyərək, uranın zənginləşdirilməsini artırmağa davam edir. Eləcə də “Fordo” nüvə obyektinə yeni avadanlıqlar əlavə edilir”.

Qeyd edək ki, bəzi Qərb ekspertlərinin fikrincə, İran yaxın gələcəkdə işlək sentrifuqaların sayını 1400-ə çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR