Belfastda iğtişaşlar davam edir

Belfastda iğtişaşlar davam edir
# 14 iyul 2013 04:57 (UTC +04:00)

Etirazçılar iğtişaşların qarşısını almaq məqsədilə cəlb olunmuş xüsusi təyinatlılara daş, yandırıcı maye doldurulmuş şüşə qabları və fişəng atır. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, polis iki nəfərin yaralandığını bildirib. Bir polis nəfəri yanında “Molotov kokteyli”nin partlaması nəticəsində xəsarət alıb. Bir fotoqrafın da başından yaralandığı bildirilir.

Ötən gün isə Şimali İrlandiyada dinlərarası toqquşmalar nəticəsində 32 polis xəsarət alıb. İğtişaşların qarşısını almaq üçün İngiltərə, Şotlandiya və Uelsdən əlavə 400-dək polis nəfəri cəlb olunub. Toqquşmalar Şimali İrlandiyanın Birləşmiş Krallığa məxsus olduğunu hesab edən protestantların iyulun 12-də keçirdiyi ənənəvi marşdan sonra baş verib.

Qeyd edək ki, ötən gün protestantlarla polis və katoliklər arasında toqquşmalar 6 saat davam edib.

1998-ci ildə Şimali İrlandiyanın təriqətləri arasında sülh sazişinin bağlanmasına baxmayaraq, bölgənin Birləşmiş Krallığa məxsus olduğunu hesab edən protestantlar və ərazini müstəqil İrlandiyaya birləşdirmək tələbi ilə çıxış edən millətçi-katoliklər toqquşmalar hələ də uzun müddətdir ki davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR