Fransada islam fəalları və polis arasında baş verən toqquşma nəticəsində ən azı 5 nəfər xəsarət alıb

Fransada islam fəalları və polis arasında baş verən toqquşma nəticəsində ən azı 5 nəfər xəsarət alıb
# 21 iyul 2013 00:58 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, etirazçıların polislə toqquşmasına səbəb asayiş keşikçilərinin müsəlman qadınların çadra və ya niqabla küçəyə çıxmasını qadağan edən qanunu tətbiq etməsi olub.

Niqab geyindiyinə görə əvvəllər də cərimələnən qadın təkrar qadağan olunmuş baş örtüyü ilə ictimai yerdə gözə dəyib. Polis bu dəfə qadının ərini həbs etməyə qərar verib. Hadisədən dərhal sonra polis məntəqəsinin qarşısında 200-250 etirazçı toplaşıb. Onlar ərazidə olan zibil qutularını yandırıb, avtobus dayanacağını darmadağın ediblər. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə ən azı 5 nəfər xəsarət alıb, 6 nəfər isə saxlanılıb.

Fransanın daxili işlər naziri Manuel Vals bəyan edib ki, istər ölkənin müsəlman vətəndaşları, istərsə də polis əməkdaşlarına qarşı güc istifadə etmək yolverilməzdir.

“Trappda iğtişaşların baş verməsinə heç bir zəmin yox idi. Qanun hamı üçün birdir və ona şərtsiz əməl olunacaq”, deyə nazir bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR