İspaniyada qəzaya uğramış qatarın maşinisti ifadə verməkdən imtina edib

İspaniyada qəzaya uğramış qatarın maşinisti ifadə verməkdən imtina edib
# 27 iyul 2013 03:54 (UTC +04:00)

Bakı-APA. İspaniyanın Qalisiya əyalətində qəzaya uğramış qatarın maşinisti polisə ifadə verməkdən boyun qaçırıb. APA-nın xəbərinə görə, bu barədə Agence France-Presse məlumat verir.

52 yaşlı Fransisko Xose Qarson Amo hazırda polisin nəzarəti altında hospitaldadır. İyulun 25-də ona qarşı səhlənkarlıq ittihamı irəli sürülüb.

Madriddən Ferrola gedən qatar iyulun 24-də qəzaya uğrayıb. Hadisə nəticəsində 78 nəfər həlak olub. Daha 81 nəfər isə yaralanıb. Qatarın sürət limitini aşaraq saatda 190 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR