Ketrin Eşton: “Biz İranla tezliklə görüşəcəyimizə və danışıqlar aparacağımıza çox ümid bəsləyirik”

Ketrin Eşton: “Biz İranla tezliklə görüşəcəyimizə və danışıqlar aparacağımıza çox ümid bəsləyirik”
# 17 iyul 2013 00:33 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. ““Altılıq” ölkələri İranla nüvə müzakirələrinin tezliklə başlanacağına ümid edirlər”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib. Onun sözlərinə görə, “altılıq” ölkələri İranın nüvə müzakirələri üçün yeni nümayəndə heyəti müəyyənləşdirilməsini gözləyir: “Biz İranla tezliklə görüşəcəyimizə və danışıqlar aparacağımıza çox ümid bəsləyirik”.

K.Eşton deyib ki, “altılıq” ölkələri son vəziyyətlə tanış olmaq üçün Brüsseldə bir araya gəliblər: “Biz gərək səylərimizi irəliyə aparmaq üçün ən yaxşı yolun nədən ibarət olduğunu bilməliyik. Eyni zamanda İranın nüvə proqramının həlli üçün diplomatik yol axtarmalıyıq”.

Qeyd edək ki, iyulun 16-da Belçikanın paytaxtı Brüssel şəhərində K. Eştonun rəhbərliyi altında “altılıq” ölkələri İranın nüvə proqramını müzakirə etmək üçün görüş keçiriblər. Bu da İranda Həsən Ruhaninin iyunun 14-də ölkənin yeni prezidenti seçilməsindən sonra ilk birtərəfli danışıqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR