Litva parlamenti mərkəzi seçki komissiyasının səlahiyyətlərini ləğv edib

Litva parlamenti mərkəzi seçki komissiyasının səlahiyyətlərini ləğv edib
# 13 noyabr 2012 21:49 (UTC +04:00)

Bakı-APA. Litva parlamenti mərkəzi seçki komissiyasının səlahiyyətlərini ləğv edib.

APA-nın rosbalt.ru saytına istinadən verdiyi xəbərə görə, deputatlar bu qərarı Litva Konstitusiya məhkəməsinin oktyabrda keçirilən seçkiləri zamanı saxtakarlığın baş verməsi barədə çıxartdığı qərardan sonra qəbul ediblər.

Konstitusiya məhkəməsi bildirib ki, Litva MSK-sı proporsional qaydada olan seçkilərdə partiya siyahısında qalib gələn namizədlərin yerlərini müəyyən edərək qanunu pozub. Bundan başqa, bir seçki dairəsində seçkilər qanun pozuntuları ilə keçirilib.

Qeyd edək ki, Litvada proporsional və majoritar qaydada keçirilən parlament seçkilərində Litva sosial-demokrat partiyası ən çox deputat mandatına sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR