Rusiya gəmisi İstanbulda batıb

Rusiya gəmisi İstanbulda batıb
# 04 dekabr 2012 15:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qara dənizin İstanbul sahillərinə yaxın hissəsində Rusiyadan Antalyaya kömür daşıyan “Volgo Balt 199” gəmisi batıb. APA-nın verdiyi məlumata görə, 11 Ukrayna və 1 Rusiya vətəndaşından ibarət gəmi heyətinin 3 üzvü xilas edilsə də, onlardan biri helikopterlə xəstəxanaya aparılarkən dünyasını dəyişib. Digər heyət üzvlərinin axtarışları davam edir.

İstanbul valisi Hüseyn Avni Mutlu bildirib ki, axtarış-xilasetmə işləri zamanı bir dənizçinin cəsədi tapılaraq dənizdən çıxarılıb. Hazırda ərazidə qeyri-sabit hava şəraiti hökm sürdüyündən xilasetmə işlərində çətinlik yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR