Tbilisidə akvaparkda güclü yanğın olub

Tbilisidə akvaparkda güclü yanğın olub
# 17 iyul 2013 03:22 (UTC +04:00)

Bakı-APA. Tbilisi akvaparkının bir neçə attraksionunda və anbarında ötən gecə güclü yanğın baş verib. APA-nın məlumatına görə, Tbilisi Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Qiorqiadze açıqlamasında bildirib ki, yanğının söndürülməsinə 20-dək yanğınsöndürən maşın və xüsusi texnika cəlb olunub. Onun sözlərinə görə, hazırda ərazidə yanğın tam lokallaşdırılıb, hadisə nəticəsində xəsarət alan yoxdur.

Qeyd edək ki, Tbilisi akvaparkı 2006-cı ildə yerli “Avropark” şirkəti tərəfindən tikilib. Kompleksə bir neçə hovuz, su attraksionları, bar və fitnes klubu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR