XİN: Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsinin vaxtıdır

İsveçin xarici işlər naziri Tobias Billström

© APA | İsveçin xarici işlər naziri Tobias Billström

# 01 iyun 2023 12:34 (UTC +04:00)

Türkiyə və Macarıstan tərəfindən İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyin vaxtıdır.

APA YLE-yə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Osloda keçirilən NATO XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Billströmün sözlərinə görə, İsveç keçən yay Madriddə razılaşdırılmış tələblərə əməl edib.

İsveç XİN başçısı vurğulayıb ki, NATO-ya üzvlüklə bağlı sənədin ratifikasiya müddətinin uzadılması Putinin qələbəsi olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR