Xorvatiya 2023-cü il yanvarın 1-dən Şengen zonasına daxil olacaq

Xorvatiya 2023-cü il yanvarın 1-dən Şengen zonasına daxil olacaq
# 08 dekabr 2022 18:00 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç “Twitter” paylaşımında qeyd edib. O, bildirib ki, ölkəsi 2023-cü il yanvarın 1-dən Şengen sazişinə qoşulacaq və bundan həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı yararlanacaq. Qeyd edək ki, Şengen zonasına Aİ-nin 26 ölkəsi daxildir. Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmaq üçün hazır olduğunu bəyan edib və Aİ Şurasına bu qərarı təsdiq etməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR