Yonhap: Makron Koreya Respublikasına səfər etməyi planlaşdırır

Emmanuel Makron, Fransa Prezidenti

© APA | Emmanuel Makron, Fransa Prezidenti

# 15 yanvar 2023 09:04 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron ən qısa zamanda Koreya Respublikasına səfər etmək və həmkarı Yun Seok-yeol ilə görüşmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumat görə, bunu yanvarın 13-də Fransa liderinə etimadnaməsini təqdimetmə mərasimindən sonra Cənubi Koreyanın Parisdəki səfiri Çoi Çje Çul bildirib.

"Prezident Makron prezident Yoon Seok-yeola xüsusi arzular diləyərək, Koreya Respublikasına mümkün qədər tez səfər etmək və ikitərəfli münasibətlərin inkişafını müzakirə etmək imkanı əldə etmək istədiyini bildirib", - agentlik onun sözlərini sitat gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR