Zelenski "Downing Street"ə gedib

Zelenski "Downing Street"ə gedib
# 08 fevral 2023 15:54 (UTC +04:00)

Londonda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski baş nazir Rişi Sunakın ofisi "Downing Street"ə gedib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, iki lider daha sonra Britaniya Parlamentinə yola çıxacaq. Zelenski Britaniya saatı ilə 13:00-da Parlamentdə çıxış edəcək.

Zelenski öz instaqram səhifəsində yazıb ki, Birləşmiş Krallıq Ukraynaya yardıma ilk gələnlərdən biri olub:

"Bu gün mən Britaniya xalqına dəstəyinə və baş nazir Rişi Sunaka rəhbərliyinə görə şəxsən təşəkkür etmək üçün Londondayam",- deyə Prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR