Bazar günü, mayın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib, həmçinin dövlətlər arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
APA-nın xəbərinə görə, bu barədə Zelenski Tvitterdə bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edirəm”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi iki dövlət arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, Avropanın təhlükəsizliyi və sabitliyinin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinə ümid edir.