Zelenski G7 sammitində onlayn formatda iştirak edəcək

Zelenski G7 sammitində onlayn formatda iştirak edəcək
# 21 mart 2023 22:12 (UTC +04:00)

Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Vladimir Zelenskini videobağlantı vasitəsilə may ayında Xirosimada keçiriləcək Böyük Yeddiliyin (G7) sammitində iştirak etməyə dəvət edib.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya hökumətinin başçısı çərşənbə axşamı Kiyevə səfəri zamanı keçirdiyi mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.

Yaponiya bu il G7-yə sədrlik edir və may ayında Xirosimada keçiriləcək sammitə ev sahibliyi edəcək. G7 ölkələrinin liderləri Xirosimaya səfərləri zamanı birlikdə atom bombardmanı muzeyini ziyarət etməyi planlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR