Zelenski Gürcüstan hakimiyyətini Saakaşvilini öldürmək niyyətində ittiham edib

Zelenski Gürcüstan hakimiyyətini Saakaşvilini öldürmək niyyətində ittiham edib
# 02 fevral 2023 02:48 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan rəhbərliyini Ukrayna vətəndaşı və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini azad etməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə Zelenski özünün “Twitter” səhifəsində yazıb.

“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yavaş-yavaş öldürülür. 21-ci əsrdə Avropada bir insanın de-fakto açıq şəkildə edam edilməsi cəhdi ilə hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır!”, - deyə Ukrayna lideri yazıb.

Zelenski Gürcüstan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə Saakaşvilini azad etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR