Zelenski Kanadanın “Şimal Axını – 1” turbinini Almaniyaya qaytarmasını pisləyib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 12 iyul 2022 16:38 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski “Şimal Axını – 1” türbinini Almaniyaya qaytardığı üçün Kanadanı tənqid edib.

APA-nın “CNNTÜRK”ə istinadən verdiyi xəbərə görə, o, bununla bağlı Kanada təmsilçisinin Ukrayna XİN-ə çağırıldığını deyib.

“Kanada bu turbini əslində Rusiyaya qaytarmış oldu. Əgər bir terror dövlətinə qarşı sanksiyalarda bu cür istisnalar tətbiq edilirsə, sabah daha hansı istisnalar istəyəcək? Bu çox təhlükəli sualdır. Üstəlik ,sadəcə Ukrayna üçün deyil, demokratik dünyanın ölkələri üçün təhlükəlidir”, - prezident deyib.

ABŞ XİN-nin sözçüsü Ned Price Kanadanın qərarını dəstəklədiklərini açıqlayıb.

Qeyd edək ki, “Şimal Axını – 1” turbini təmir məqsədilə Kanadanın Monreal şəhərinə aparılıb. İlkin plana görə, turbin təmir edildikdən sonra əvvəl Almaniyaya, oradan isə Rusiyaya qaytarılmalı idi. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra sanksiyalar səbəbilə turbinin göndərilməsi dayandırılmışdı. “Qazprom” isə bu səbəbdən qaz nəqlinin 40 faiz aşağı düşdüyünü bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR