Bank Of Baku

Zelenski: Ukrayna 17 milyard dollarlıq bərpa planı üçün bir sent də almayıb

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 25 oktyabr 2022 16:38 (UTC +04:00)

“Ukrayna 17 milyard dollarlıq sürətli bərpa planı üçün bir sent də almayıb”.

APA "Sky News"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən konfransda onlayn formatda çıxışı zamanı deyib.

Ukrayna Prezidenti bildirib ki, Rusiya raketləri və İran istehsalı olan dronların zərbələri nəticəsində ölkənin enerji sektorunun üçdə bir hissəsi məhv olub.

“Rusiya bu qışdan sağ çıxmağımızı çətinləşdirmək üçün hər şeyi məhv edir ki, Ukrayna mümkün qədər gec özünə gəlsin, biz Ukraynanın iqtisadi potensialını Avropanın iqtisadi potensialına inteqrasiya edə bilməyək”, - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR