Zelenski: Ukrayna Silahlı Qüvvələri Baxmutda irəliləyir

Zelenski: Ukrayna Silahlı Qüvvələri Baxmutda irəliləyir
# 06 iyun 2023 03:12 (UTC +04:00)

Rusiya Ukrayna hərbçilərinin Donetsk bölgəsindəki uğurlarını isterik şəkildə qəbul edir.

APA-nın məlumatına görə, bunu prezident Vladimir Zelenski axşam videomüraciətində deyib.

“Baxmut istiqaməti - afərin, döyüşçülər! Biz görürük ki, Rusiya orada bizim hər hansı bir addımımızı, bütün mövqelərimizi necə isterik şəkildə qəbul edir. Düşmən bilir ki, Ukrayna qalib gələcək. Görürlər. Onlar bunu sizin zərbələriniz, döyüşçüləriniz, xüsusən də Donetsk vilayətində hiss edirlər. Bunun üçün təşəkkür edirəm!" - Zelenski vurğulayıb.

İyunun 5-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında 1,5 km-dən çox irəliləyərək Baxmutun cənubundakı dominant yüksəklikləri tutdular, nəticədə Rusiya ordusu müdafiəyə keçmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR