Zelenski: Ukrayna xüsusi təyinatlıları artıq Xersondadır

Zelenski: Ukrayna xüsusi təyinatlıları artıq Xersondadır
# 11 noyabr 2022 22:09 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Xersona daxil olmasını şərh edib.

APA-nın xəbərinə görə, dövlət başçısı bunu tarixi hadisə adlandırıb.

“Bu gün tarixi gündür. Biz Xersona qayıdırıq. Son məlumata görə ordumuz şəhərin bir addımlığındadır. Bir azdan şəhərə girəcəyik. Xüsusi təyinatlılarımız artıq şəhərdədir. Xersonlular bunu gözləyirdi. Onlar heç zaman Ukraynadan üz döndərməyiblər. Ukraynaya olan ümidlər hər zaman doğrulur, Ukrayna özünə aid olanı qaytarır” – deyə Zelenski vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR