Zelenski və Conson limanların blokadadan çıxarılması yollarını müzakirə edib

Boris Conson, Vladimir Zelenski

© APA | Boris Conson, Vladimir Zelenski

# 06 iyun 2022 14:22 (UTC +04:00)

Ukrayna Prezdenti Vladimir Zelenski və Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.

Telefon danışığı zamanı tərəflər Ukrayna cəbhəsindəki vəziyyəti müzakirə ediblər:

"Britaniya Baş naziri Ukrayna üçün yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini verdi. Biz təhlükəsizlik təminatları üzrə işlərin intensivləşdirilməsi məsələsini müzakirə etdik. Britaniya ilə birlikdə ərzaq böhranının qarşısının alınması və limanların blokadadan çıxarılması yollarını müzakirə etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR