Zelenskinin Ofisi İrana səslənib: Rusiya Xarkovda məscidə zərbə endirib

Zelenskinin Ofisi İrana səslənib: Rusiya Xarkovda məscidə zərbə endirib
# 21 iyul 2022 12:14 (UTC +04:00)

Rusiya hərbi qüvvələrinin Xarkova endirdiyi zərbələr nəticəsində məscid zədələnib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

O, “dünyanın ikinci ən böyük ordusu”nu silahlarla təmin etmək üçün Putinin Tehrana gedərək İranın Ali Rəhbəri ilə görüşdüyünü xatırladıb.

“Eyni zamanda, Xarkovda məscidə hücum etmək. Lakin İran Kremlin bu həqarət jestini başa düşə biləcəkmi?”, - Podolyak qeyd edib.

Xatırladaq ki, iyulun 20-də Rusiyanın Ukraynanın Xarkov vilayətinin Şimali Saltivka bölgəsinə endirdiyi raket zərbəsi nəticəsində ərazidəki məscid və avtobus dayanacağı ciddi zədələnib, 3 nəfər həlak olub. Ölənlərdən biri uşaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR