Daxili Qoşunların Bakının Nərimanov rayonunda yerləşən hərbi hissəsində zabitlər üçün yeni yaşayış binası istifadəyə verilib

Daxili Qoşunların Bakının Nərimanov rayonunda yerləşən hərbi hissəsində zabitlər üçün yeni yaşayış binası istifadəyə verilib
# 10 mart 2010 08:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Daxili Qoşunların (DQ) Bakının Nərimanov rayonunda yerləşən hərbi hissəsində zabitlər üçün yeni yaşayış binası istifadəyə verilib. APA-nın xəbərinə görə, binanın açılış mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Mərasimi DQ komandanı Zakir Həsənov açaraq bildirib ki, 5 mərtəbəli yeni bina 60 mənzillidir. Onun sözlərinə görə, 2, 3 və 1 otaqdan ibarət olan mənzillər lazımi avadanlıqlarla təmin olunub, su, qaz, istilik qazanxanası mövcuddur.

Evlə təmin olunan zabitlər, onların ailə üzvlər mərasimdə çıxış ediblər.

Daha sonra daxili işlər naziri Ramil Usubov çıxış edərək son illərdə DQ-nin bir neçə hərbi hisslərində belə yataqxanaların istifadəyə verildiyini deyib. Nazir bu işlərin görülməsində ölkə prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərinin olduğunu deyib: “Bu binanın da inşası onu göstərir ki, hərbçilərin yaxşı yaşaması Ali baş komandanın diqqətindədir. Bu gün Daxili Qoşunların əsgərlər Vətənə sədaqətlə xidmət edirlər. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti Azərbaycanda əmin-amanlığın, ictimai asayişin qorunması, cinayətkarlığın qarşısının alınmasına yüksək səviyyədə hazırdır”.

R. Usubov prezident İlham Əliyevin salamlarını zabitlərə çatdırıb.

Daha sonra nazir binaya baxış keçirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR