MN: Təlim zamanı real şəraitdə ərazinin kəşfi aparılıb - VİDEO

MN: Təlim zamanı real şəraitdə ərazinin kəşfi aparılıb - VİDEO
# 03 mart 2020 15:06 (UTC +04:00)

Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib.

Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR