Azərbaycan Ordusunda özüyeriyən haubitsalardan döyüş atışları keçirilib

Azərbaycan Ordusunda özüyeriyən haubitsalardan döyüş atışları keçirilib
# 31 may 2019 16:16 (UTC +04:00)

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR