Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını gücləndirəcək layihələr müzakirə olunub

Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını gücləndirəcək layihələr müzakirə olunub
# 23 iyul 2018 14:14 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.


Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR