Bitkoinin qiyməti 57 min dolları keçib

Bitkoinin qiyməti 57 min dolları keçib
# 11 mart 2021 07:34 (UTC +04:00)

Bitkoinin qiyməti fevralın 22-dən bəri ilk dəfə 57 min ABŞ dollarını ötüb.

APA xəbər verir ki, belə bir göstərici "CoinDesk" portalında dərc olunub.

Kriptovalyuta ticarət sessiyası zamanı 5,26% bahalaşaraq 57 079 dollara yüksəlib. Sonuncu dəfə Bitkoinin dəyəri fevralın 22-də 57 min dolları keçmişdi.

Bakı vaxtı ilə saat 21:06-ya olan məlumata görə, Bitkoinin dəyəri 57 017 dollar (+5,16%) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR