Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 28 noyabr 2019 09:00 (UTC +04:00)

Noyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,15% – 28 164,00 bəndədək, Nasdaq 0,66% – 8 705,18 bəndədək, S&P 500 isə 0,42% – 3 153,63 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 27-də FTSE 100 indeksi 0,36% – 7 429,78 bəndədək, Almaniya DAX-ı 0,38% – 13 287,07 bəndədək yüksəlib, Fransa CAC-40 isə 0,05% – 5 926,84 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,18% azalaraq 1 459,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% azalaraq 1,101 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR